Vergilərin ödənilməməsi ilə bağlı...
"Barselona"nın braziliyalı ulduz futbolçusu Neymara qarşı ittiham irəli sürülüb.
Sportal.az xəbər verir ki, Braziliya höküməti saxta sənədlərin hazırlanması və vergilərin ödənilməməsi ilə bağlı ittihamla çıxış edib. İttihamda bildirilir ki, qanunsuzluq 2006-cı ildən 2013-ə qədər olan dövrü əhatə edir və 23 yaşlı hücumçunun Braziliya "Santos"undan "Barselona"ya keçidi zamanı baş verib.
Qeyd edək ki, Neymar fevralın 2-də Madriddə İspaniya Milli Məhkəməsində ifadə verib.
saytlarin hazirlanmasi