"Kordoba"da mütəmadi oynasam.."
Xəbər verdiyimiz kimi, müqavilə ilə "Mursiya"ya məxsus olan millimizin üzvü Eddi İsrafilov İspaniya II liqasında mübarizə aparan "Kordoba"ya icarəyə verilib.
Sportal.az xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında maraqlı fikirlər səsləndirib:
"Digər komandalar da seçə bilərdim. Lakin, "Kordoba"nın ev oyunlarını keçirdiyi arena da məndə həmişə yaxşı təəssüratlar yaradırdı. Bunu hələ "Mursiya"da çıxış etdiyim dövrdən görmüşdüm. Buraya ona görə gəldim ki, komandanın La Liqaya çıxmasına kömək edim. "Kordoba"da mütəmadi oynasam, Azərbaycan yığmasının məşqçiləri də məni başa düşər. Mənim millinin baş məşqçisi Robert Prosineçki ilə çox yaxşı münasibətim var".
saytlarin hazirlanmasi