Erat görüşün 91-ci dəqiqəsində əvəzlənib
Almaniya Qərb Regional Liqasında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Köln II" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat görüşün 91-ci dəqiqəsində əvəzlənib. O, 85-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, "Fortuna" hazırda 31 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi