24-cü tur
İspaniya Sequndasında 24-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, qış transfer pəncərəsində La Liqa təmsilçisi "Eybar"ı Sequndada mübarizə aparan "Kordoba"ya dəyişən millimizin futbolçusu Eddi İsrafilov yeni komandasında debüt matçını keçirib. Turun hesabat turunda "Kordoba" "Alkorkon"un qonağı olub və gərgin keçən matçda 3 - 3 hesablı heç-heçə qeydə alınıb. Eddi İsrafilov oyuna 61-ci dəqiqədə daxil olub və 8 dəqiqə sonra sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Kordoba" 24 turdan sonra 40 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi