"Domjale"nin idman direktoru: "Samir Məsimov oyunun tempini dəyişəcək gücdədi"

17:02 - 9 Fevral 2016

"Bizim atardığımız futbolçudu"

 

"Neftçi”nin gənc futbolçusu Samir Məsimovun Sloveniyanın "Domjale” klubuna transfer olması barədə məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçulardan ibarət milli komandamızın üzvü yeni klubu ilə 3 illik müqavilə imzalayıb
 
Sloveniya təmsilçisinin idman direktoru Matyu Orazem həmyerlimizin keçidi barədə klubun rəsmi saytına açıqlama verib. Klub rəsmisi Məsimova böyük ümüdlərinin olduğunu vurğulayıb: "Samir Azərbaycanın gənc və perspektivli futbolçularından biridi.  Onu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bizə məsləhət gördü. Biz də futbolçu ilə müqavilə imzalamamışdan əvvəl xorvat mütəxəssislə məsləhətləşdik. Samir, bizim atardığımız futbolçudu. Onun komandamızda yaxşı oyun sərgiləyəcəyinə inamımız böyükdü. O, matçın tempini dəyişəcək gücdə futbolçudu. İlk məşqlərdən özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Buna görə, Samirin komandamızın aparıcı üzvü olacağını düşünürəm.”
 
Qeyd edək ki, Məsimov hazırda Antalyada təlim-məşq toplanışında olan yeni komandasında artıq bu gün debüt edə bilər. Onun Bolqarıstan "Levski”si ilə yoxlama matçında iştirakı gözlənilir.

Xəbər xətti