Yoxlama matçı
Xəbər verdiyimiz kimi, "Neftçi"dən ayrılaraq Sloveniyanın "Domjale" klubuna transfer olunan Samir Məsimov yeni komandasında ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışı keçən "Domjale" yoldaşlıq oyunu çərçivəsində Bolqarıstanın "Levski" klubu ilə qarşılaşıb. Matça start heyətdə başlayan Samir Məsimov 62 dəqiqə oynayıb. Oyunda qalib müəyyənləşməyib və görüş 1 - 1 hesabı ilə başa çatıb. "Domjale"dən yeganə qolun sahibi isə "Bakı"nın sabiq futbolçusu Lukas Horvat olub.
"Levski" (Bolqarıstan) - "Domjale" (Sloveniya) - 1:1
QOLLAR: Lukas Horvat, 47 - Georgi Kostadinov, 2
saytlarin hazirlanmasi