44% səslə...
"France Football" jurnalının oxucular arasında keçirdiyi sorğuya əsasən futbol tarixinin ən yaxşı qapıçısı bəlli olub.
Sportal.az xəbər verir ki, İtaliya millisinin və "Yuventus"un qapıçısı Canluici Buffon 44 % səslə "ən yaxşı" seçilib.
Tarixin ən yaxşı ikinci qapıçısı isə Fabien Bartez seçilib. “Mançester Yunayted”in və Fransa milli komandasının keçmiş “çərçivə qoruyucusu” 17% səs toplayıb. Qızıl topun sahibi olan yeganə qapıçı Lev Yaşin isə bu sorğuda Oliver Kanla birlikdə 3-cü 4-cü yerləri bölüşdürüb. Onlara 7% azarkeş səs verib.
saytlarin hazirlanmasi