Millimizin üzvü oynadı, komandası qələbə qazandı

13:09 - 14 Fevral 2016

Toğrul sonadək mübarizə aparıb

 

Almaniya Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın 23 yaşlılardan ibarət komandası da növbəti matçına çıxıb.

 

Millimizin üzvünün komandası doğma meydanda "Redinqhauzen"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Toğrul sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, “Fortuna” 34 xalla 19 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti