Hüqo Bross Kamerun millisində
Kamerun milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Afrika təmsilçisini Hüqo Bross çalışdıracaq.
O, bu postda ötən ilin sonlarında istefaya göndərilən Volker Finki əvəzləyib. Son üç ayda baş məşqçini əvəzləyən Aleksandr Belinqa isə Brossun köməkçisi təyin edilib.
Qeyd edək ki, 63 yaşlı belçikalı mütəxəssis indiyədək Belçikanın "Molenbeek", "Brügge", "Ekselsior", "Anderlext", "Genk", "Sulte Varegem", Yunanıstanın "Panserraikos", Türkiyənin "Trabzonspor", Əlcəzairin "Kabile" və "Hüseyn Dey" klublarını çalışdırıb.
saytlarin hazirlanmasi