Qırmızı vərəqə alan futbolçu hakimi güllələdi FOTO

18:27 - 16 Fevral 2016

Hakim yerindəcə keçinib

 

Argentina futbolunda qətl hadisəsi baş verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kordova şəhərində keçirilən aşağı liqa oyununda baş verib. Baş hakim Sezar Flores matçın gedişi zamanı komandalardan birinin futbolçusuna qırmızı vərəqə göstərib. Adı açıqlanmayan 25 yaşlı həmin oyunçu öncə meydanı tərk etsə də, daha sonra geri qayıdaraq referiyə oldu silahla 3 dəfə atəş açıb.

 

48 yaşlı hakim aldığı güllə yarasından yerindəcə keçinib. Bununla da, hirsi soyumayan silahlı futbolçu rəqib oyunçuya da atəş açıb. Lakin onun həyati təhlükəsinin olmadığı bildirilib.

 

Qeyd edək ki, Argentina polisi hadisə yerindən qaçan futbolçunun axtarışlarını davam etdirir.

 

Xəbər xətti