Çinlilər bu dəfə qovdular

19:35 - 16 Fevral 2016

Tim Keyhilin müqaviləsi ləğv edilib

 

Avstraliya milli komandasının üzvü Tim Keyhil klubsuz qalıb.

 

Sportal.az "Sky Sports"a istinadən  xəbər verir ki, 36 yaşlı futbolçu Çinin "Şanxay Seuna” klubundan qovulub. Klubun rəsmi saytında yer alan xəbərə görə, Çin klubu ötən ildən komandanın formasını geyinən futbolçunun müqaviləsini ləğv edib. 
 
Qeyd edək ki, Keyhil 2004-12-ci illərdə İngiltərə Premyer Liqasında çıxış edən "Everton”un şərəfini qoruyub.

Xəbər xətti