Super Liqanın yayımı üçün
"Le Sports" şirkəti Çin Super Liqasının canlı yayımı üçün vəsait ayırıb.
Sportal.az xəbər verir ki, qış transfer pəncərəsinə damğa vuran Çin təmsilçilərinin oyunlarını canlı yayımlayan "Le Sports" kanalı Super Liqanın yayımı üçün 1 milyard dollar vəsait ayırıb.
Bundan əlavə, şirkət "Pekin Quoan" klubunun da səhmlərinin bir hissəsini alıb.
4 mart tarixində start götürəcək Çin Super Liqasında Cekson Martines, Burak Yılmaz, Obafemi Martins, Ezekiel Lavezzi, Ramires, Fredi Quarin, Jervinyo və Aleks Teyşera kimi futbolçular çıxış edəcək.
saytlarin hazirlanmasi