İnfantino seçildi
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın prezident seçkisi keçirilib.
Sportal.az xəbər verir ki, FİFA-nın prezidentlik vəzifəsi uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə və FİFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıb.
Səsvermədə Canni İnfantinoya milli federasiyaların 113, Şeyx Salman əl-Xəlifəyə 85 nümayəndəsi səs verib. Digər namizədlər Əli bin əl-Hüseyn 4, Jerom Şampan isə 0 səs yığıb.
Qeyd edək ki, Cani İnfantinonun prezident seçildiyi səsvermədə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
saytlarin hazirlanmasi