FİFA-nın yeni prezidenti: "DÇ-da 40 yığma komandanın mübarizə aparmasını istəyirəm"

21:48 - 26 Fevral 2016

"Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm"
 
Canni İnfantinonun FİFA-nın yeni prezidenti seçilməsi haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, İnfantino ilk sözlərini belə ifadə edib:
 
"Dəyərli dostlarım... Hazırda hansı hissləri keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Görəcəyimiz işlərə görə, hər kəs bizimlə fəxr edəcək. Mən tək FİFA-nın deyil, hamınızın prezidenti olmaq istəyirəm. Bəli, 209 federasiyanın prezidenti. Gecəmizi gündüzümüzə qatıb, çalışacağıq. Hər birinizə təşəkkür edirəm".
 
Yeni prezident ilk açıqlamasında DÇ-2026 haqda da qısaca danışıb:
 
"Həmin çempionatı yüksək səviyyədə keçirəcəyik. 2026-cı ildə keçiriləcək dünya çempionatında 32 ölkənin deyil, 40 ölkənin yığma komandasının mübarizə aparmasını istəyirəm".

Xəbər xətti