İlk matçında zədələndi
"Qalatasaray"dan Çinin "Pekin Quoan" klubuna üz tutan Burak Yılmaz ilk matçında zədələnib.
Sportal.az xəbər verir ki, 30 yaşlı forvard Dubayda təlim-məşq toplanışı keçən "Pekin Quoan"ın heyətində BƏƏ-nin "Ayman" klubuna qarşı baş tutan yoldaşlıq matçında zədələnib. Türkiyəli hücumçu zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Burak Yılmaz müalicə olunmaq üçün Türkiyəyə qayıdıb.
Xatırladaq ki, 8 milyon avro qarşılığında "Pekin Quoan"a satılan Burak Yılmazın illik qazancı bonuslarla birlikdə 8 milyon avrodur.
saytlarin hazirlanmasi