İsrafilov 90 dəqiqə oynadı, komandası məğlub oldu

02:19 - 28 Fevral 2016

"Kordoba" "Osasuna" ilə bacarmadı
 
İspaniyanın ikinci liqasında 27-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" doğma meydanda "Osasuna" ilə qarşılaşıb. Matç "Kordoba"nın məğlubiyyəti ilə başa çatıb - 0:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
 
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 43 xalla 22 komanda arasında beşinci pillədə qərarlaşıb.

Xəbər xətti