Erat həm qol vurdu, həm cəzalandı
Almaniyanın Regional Liqasında XXVI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası səfərdə "Vattenşayd"la qarşılaşıb.
6 qolun vurulduğu görüş heç-heçə başa çatıb - 3:3. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb və sarı vərəqə ilə cəzalanıb. O, eyni zamanda komandasını məğlub durumdan çıxararaq, bir xal qazanmasına kömək edib. Belə ki, Erat 50-ci dəqiqədə hesabı 2:2 edib. 90+1-ci dəqiqədə isə matçda son nöqtəni qoyub - 3:3. Bu millimizin sabiq üzvünün cari mövsümdə Regional Liqada 7-ci qolu olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 36 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi