Millimizin üzvü "Antalyaspor"dan ayrılır

00:38 - 5 Mart 2016

Yayda komandadan gedir
 
Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor” klubu böyük dəyişikliklər astanasındadır.
 
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi  Xose Morais artıq "qara siyahı”sını hazırlayıb.  Morais ilk olaraq əvəzedici komandadan əsas komandaya mütəmadi cəlb olunan 7 futbolçunu komandadan göndərməyi planlaşdırır.  Həmin futbolçular arasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunçusu Cem Fələkin də adı var. İddiaya əsasən Cemlə yanaşı Birkan Öksüz, Gökhan Yılmaz, Can Arat, Onur , Enguene və Atakan yayda komandadan göndəriləcək. 
 
Qeyd edək ki, Cem müqavilə ilə Türkiyə III liqasında mübarizə aparan "Karagümrükspor” klubuna məxsus futbolçudur. O, icarə əsasında "Antalyaspor”da çıxış edir. 

Xəbər xətti