Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" səfərdə Bilbao "Atletik"inin ikinci komandası ilə qarşılaşıb. Matç "Kordoba"nın qələbəsi ilə başa çatıb - 2:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. O, 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.