Futbolçumuzun komandası heç-heçə etdi
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue” Almaniya II Bundesliqasında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Nazarovun komandası XXVI turda doğma meydanında "Haydenhaym”ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Millimizin futbolçusu start heyətində meydana daxil olub. O, qarşılaşmanın 74-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Karlsrue” geridə qalan 26tur ərzində 35 al toplayıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi