I turun matçı
Latviya çempionatında yeni mövsümə start verilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun çıxış etdiyi "Dauqava" ilk matçında səfərdə "Metta/LU" ilə qarşılaşıb. Matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, Orxan bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Mirabdulla isə 32-ci dəqiqə meydana çıxıb. O, qarşılaşmanın 63-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
saytlarin hazirlanmasi