"İnter"in futbolçuları üçün yeni baş məşqçi

00:34 - 15 Mart 2016

Gürcüstan millisinin çalışdırıcısı məlum olub
 
Gürcüstan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, qonşu ölkənin Futbol Federasiyası Vladimir Vaysla anlaşıb.  Tərəflər arasında 2 illik müqavilə imzalanıb. O, bu postda "İnter”in sabiq çalışdırıcısı Kaxaber Tsxadadzeni əvəzləyəcək.
 
Qeyd edək ki, Vays son olaraq Qazaxıstanın "Kayrat” klubunu çalışdırıb. 
 
Xatırladaq ki, Bakı "İnter"inin iki futbolçusu Zurab Xizanişvili və Neka Kvekveskiri Gürcüstan millisinə dəvət alır.

Xəbər xətti