Eddi İsrafilovun millinin toplanışında iştirak etmək şansı

14:51 - 18 Mart 2016

Sarə vərəqə alsa...

 

Xəbər verdiyimiz kimi, İspaniyanın "Kordoba" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığmasının qarşıdakı toplanışına dəvət alsa da, komandasını Sequnda Liqada ağır oyunlar gözlədiyindən onu millimizin düşərgəsinə buraxmaq istəməmişdilər.

 

Sportal.az xəbər verir ki, İsrafilovun toplanışda iştirak etmək şansı var. Belə ki, İsrafilov 30-cu turda keçiriləcək "Numansiya"lə matçda sarı vərəqə alsa, növbəti matçı buraxmalı olacaq və millinin toplanışında iştirak etmək şansı olacaq. 

 

Qeyd edək ki, İsrafilov bundan öncə 4 sarı vərəqə ilə cəzalanıb.

Xəbər xətti