İsrafilov oynadı, komandası yenə qələbə qazana bilmədi

00:58 - 21 Mart 2016

Futbolçumuz üçün 83 dəqiqə
 
İspaniyanın ikinci liqasında 30-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba"  səfərdə "Numansiya" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 47 xalla 22 komanda arasında dördüncü pillədə qərarlaşıb.

Xəbər xətti