8-ci dəfə "ən yaxşı" seçildi

11:32 - 22 Mart 2016

Öz ölkəsində...

 

Çexiya milli komandasının qapıçısı Petr Çex öz ölkəsinin ən yaxşı futbolçusu seçilib.

 

Sportal.az xəbər verir ki, "Arsenal”ının şərəfini qoruyan 34 yaşlı qolkiper 8-ci dəfə bu mükafata layiq görülüb.

 

Qeyd edək ki, buna qədər Petr Çex 2005, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə də Çexiyada ilin ən yaxşı futbolçusu seçilmişdi.

Xəbər xətti