"Bunu təhlükəsizliyimizə görə etdim"
Belçikanın "Anderelxt" klubunun hücumçusu Matias Suares mövsümün sonunda komandasından ayrılmaq qərarını gəlib.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu bu qərarı Belçikada baş verən terror hadisəsinə görə veridiyini bildirib:
"Belçikanı və buranın insanlarını çox sevirik. Amma menecerim və ailəmlə danışdım. Təhlükəsizlik səbəblərinə görə, klubumdan ayrılmaq qərarına gəldim. İnsanlar küçəyə çıxmağa qorxurlar. Mən belə yaşamaq istəmirəm".
Qeyd edək ki, Suares 2008-ci ildən "Anderlext"də çıxış edir.
saytlarin hazirlanmasi