Dünya futbolunda ağır itki: Kroyf vəfat etdi

17:22 - 24 Mart 2016

Xərçəngin qurbanı oldu
 
Dünya futbolunun tanınmış simalarından olan Yohan Kroyf vəfat edib.
 
Sportal.az xəbər verir ki, Hollandiya futbolunun əfsanəsi ağ ciyər xərçənginin qurbanı olub. O, uzun müddət xəstəliyinə görə müalicə olunsa da, 69 yaşında əbədi olaraq gözlərini yumub.
 
Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Kroyf 8 dəfə Hollandiya çempionu, 3 dəfə də ardıcıl olaraq Çempionlar Kubokunun qalibi olub. 1973-cü ildə rekord məbləğə "Barselona"ya transer olunan hollandiyalı adını Kataloniya təmsilçisinin tarixinə yazdırmağı da bacarıb. O, bu klubda baş məşqçi kimi də fəaliyyət göstərib. 

Xəbər xətti