Millimizin üzvü 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

00:24 - 29 Mart 2016

Eratlı "Fortuna" növbəti oyununa çıxıb
 
Almaniya Qərb Regional Liqasında 31-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları doğma meydanda "Verl" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Erat bu matçın ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, Toğrulun komandası hazırda 43 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti