Millimizin sabiq üzvü Latviya klubunda FOTO

00:25 - 31 Mart 2016

Vüqar Əsgərovun yeni komandası məlum oldu
 
Azərbaycan milli komandasının sabiq futbolçusu Vüqar Əsgərovun yeni klubunun adına rəsmən aydınlıq gəlib.  
 
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını yenidən Latviyada davam etdirəcək. "1625 Liepaya”dan ayrılan futbolçu Latviya II liqasında mübarizə aparan "Salaspils” klubu ilə münasibətlərini rəsmiləşdirib.
 
Qeyd edək ki, ölkəmizdə "Sumqayıt”, "Araz Naxçıvan” və "Zirə” kimi klublarda oynamış futbolçunun son klubu "1625 Liepaya” olub. Vüqar Liepaya təmsilçisinin heyətində 15 oyuna 22 qol vurmağı bacarıb.
 

Xəbər xətti