Menecerinin pulunu vermədiyi üçün...
"Qalatasaray"ın sabiq futbolçusu Emmanuel Eboue 1 illik futboldan uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, hazırda "Sanderlend"in şərəfini qoruyan 32 yaşlı futbolçu uzun müddətdir borcu olduğu menecerinə pulu ödəmədiyi üçün FİFA tərəfindən bu cəzaya məruz qalıb.
Qeyd edək ki, Eboue bu il daxilində həmin borcu ödəsə, cəza ləğv ediləcək.
saytlarin hazirlanmasi