Millimizin yarımmüdafiəçisi: "Bu uğursuz gedişata son qoymalıyıq"

01:00 - 9 Aprel 2016

"Fikrimcə, baş məşqçimiz də bunu çox yaxşı bilir"
 
Millimizin və İspaniyanın "Kordoba" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov komandasının Sequnda Liqadakı çıxışını dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, o, öncə növbəti turda qarşılaşacaqları "Albasete" ilə ev oyunu öncəsi fikirlərini bölüşüb:
 
"Albasete"yə mütləq qalib gəlməliyik. Burada başqa variant ola bilməz. Son dövrlər ev oyunları ilə bağlı "qara zolağ"a düşmüşük. Ardıcıl beş ev oyununda məğlubiyyətlə üzləşmişik. Bu uğursuz gedişata son qoymalıyıq".
 
Eddi son turda qarşılaşdıqları və sarı vərəqə limitini doldurduğuna görə buraxmalı olduğu "Ximnastik"lə bol qollu (4:4) oyundan da söz açıb: "Birinci hissə daha çox onların nəzarəti altında keçdi. Amma biz yenə də fasiləyə üstün yollanmağı bacardıq. Bütövlükdə, bu görüşdə 4 qol vursaq da, qələbə qazana bilmədik. Əlbəttə, onların son dəqiqələrdə penaltidən qol vurması çox üzücü idi. Çünki biz La Liqaya vəsiqə uğrunda əsas rəqiblərimizdən biri ilə prinsipial görüşə çıxmışdıq".
 
Eddinin sözlərinə görə, son xal itkilərinə baxmayaraq, onlar daha yaxşı çıxış etməyə çalışmalıdırlar: "Biz öz üzərimizdə daha çox çalışmalıyıq. Başqa cür mümkün deyil. Çoxlu qol buraxırıqsa, deməli, üzərində işləməli olduğumuz çox şey var. Fikrimcə, baş məşqçimiz də bunu çox yaxşı bilir və vəziyyəti düzəltmək üçün əlindən gələni edəcək".
 
İsrafilov bundan sonrakı oyunlarda uğurlu seriyaya başlamaq istədiklərini də bəyan edib: "Mövsümün son 10 matçı bizim üçün çox böyük əhəmiyyət daşıyır. Fikrimcə, biz fenomenal seriya yaxalaya biləcəyik. Buna elə qarşıdakı "Albasete" ilə oyundan start verəcəyimizə çox ümidliyəm. Bunun üçün var gücümüzlə mübarizə aparacağıq"

Xəbər xətti