8-10 gün oynamayacaq
Sloveniya yüksək liqasında 29-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" səfərdə əsas rəqiblərindən biri olan "Maribor"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 18:55-də start götürəcək.
Qeyd edək ki, Samir Məsimov öz şəxsi "facebook" səhifəsindən status paylaşaraq xəstələndiyini və 8-10 gün yaşıl meydanlardan uzaq qalacağını bildirib.
saytlarin hazirlanmasi