Futbolçumuz Latviyada qol vurdu və əsgər salamı verdi VİDEO

00:36 - 11 Aprel 2016

Hər iki həmyerlimiz start heyətdə meydana çıxıb
 
Latviya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Mirabdulla Abbasovla Orxan Qurbanlının komandası - "Dauqavpils" "Metta/LU" ilə qarşılaşıb. Görüş futbolçularımızın komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki futbolçumuz bu matça start heyətdə başlayıb. Qarşılaşmada hesabı da Mirabdullanın ötürməsindən sonra Orxan açıb. O, 27-ci dəqiqədə vurduğu qolu məlum olaylarla əlaqədar əsgər salamı verməklə qeyd edib. Qurbanlı görüşün 83-cü, Abbasov isə 90-cı dəqiqəsində əvəzlənib.
 
Qeyd edək ki, "Dauqava" növbəti mərhələdə Yurmala "Spartak"ı ilə qarşılaşacaq.

Xəbər xətti