Nurili "Kalmar" mövsümdə ilk qələbəsini qazandı

15:45 - 11 Aprel 2016

III turun matçı

 

İsveç çempionatında 3-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin çıxış etdiyi "Kalmar" doğma meydanda "Elfsborq"la qarşılaşıb. Matç "Kalmar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Kalmar"ın yeni mövsümdəki ilk qələbəsi olub.

 

Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. O, 70-ci dəqiqədə sarı vərəqə alıb.

Xəbər xətti