Dadaşov üçün 90 dəqiqə
Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu doğma meydanda "Berliner AK 07" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun böyük hesablı məğlubiyyət ilə başa çatıb - 0:6. Rüfət bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 52-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 20 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi