İsrafilov "fərqləndi", komandası qələbə həsrətinə son qoydu

00:25 - 18 Aprel 2016

"Kordoba" 9 matçdan sonra sevindi
 
İspaniyanın ikinci liqasında 34-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba"  səfərdə Sequnda liqada qalmaq uğrunda mübarizə aparan "Hueska" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:0.
 
Eddi bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. O, 87-ci dəqiqədə sarı vərəqə alıb.
 
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 51 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti