"Olayne" növbəti matçına çıxıb
Futbol üzrə Latviya 1-ci liqasında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası "Olayne/Super Nova" səfərdə "Babite" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2. Vüqar qarşılaşmaya start heyətdə başlayıb və sonadək meydanda olub.
Qeyd edək ki, geridə qalan turlarda cəmi bir xalı olan "Olayne" 15 klub arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi