Sportal.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən yarışın final matçı Nyondakı "Kolovray" stadionunda baş tutub. Həlledici matçda PSJ və "Çelsi" qarşılaşıb. Hesabı 10-cu dəqiqədə "Çelsi"dən Fikayo Tomori açıb. İki dəqiqə sonra PSJ-dən Jean-Kevin Auqustin penaltini boşa verib. 58-ci dəqiqədə Yaku Meyte bərabərliyi təmin etsə də, 3 dəqiqə sonra Kasey Palmer "Çelsi"nin qələbə qolunu vurub.