Millimizin üzvü oynadı, komandası məğlub oldu

01:00 - 23 Aprel 2016

Erat üçün 90 dəqiqə
 
Almaniya Qərb Regional Liqasında 35-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki,millimizin yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb. Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Alemanniya" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.
 
Qeyd edək ki, Toğrulun komandası hazırda 50 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti