31-ci turun matçı
Almaniya 2-ci Bundesliqasında 31-ci tura start verilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" ötən gün səfərdə "Bohum"la qarşılaşıb.
Nazarov oyunun 60-cı dəqiqəsində, komandası hesabda 0:1 geridə olan zaman oyuna daxil olub. Matçın 87-ci dəqiqəsində rəqib qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən Dmitri komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, bu oyundan sonra 43 xalı olan "Karlsrue" 8-ci pillədə qərarlaşıb.
"Bohum" - "Karlsrue" 1:1
Qollar: Terodde, 59 - Nazarov, 87 (p)
saytlarin hazirlanmasi