Sloveniya çempionatında 32-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" doğma meydanda "Krka" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 50 xalla üçüncü pillədə qərarlaşıb.