Futbolçumuz 90 dəqiqə meydanda olub
Almaniyanın Regional Liqasında 32-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" doğma meydanda lider "Zvikkau" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 2:4. Rüfət bu matçda 90 dəqiqə meydanda olub. O, 45+4 və 46-cı dəqiqələrdə komandasının qollarının müəllifi olub.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi