Futbolçumuz üçün 90 dəqiqə
Latviya birinci liqasında 6-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" doğma meydanda "Albert"lə qarşılaşıb. Matç Əsgərovun komandasının böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Matçdakı bütün qolların da müəllifi elə start heyətdə meydana çıxan Əsgərov olub.
Qeyd edək ki, geridə qalan turlarda 7 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi