Ufuk Budağın komandası qələbə qazandı
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" səfərdə "Dənizlispor"la qarşılaşıb. Matç futbolçumuzun komandasının böyük hesablı qələbəsi ilə başa çatıb - 5:2. Millimizinüzvünün adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qaziantep BB" mövsümü 48 xalla 8-ci pillədə tamamlayıb.
Xatrıladaq ki, Türkiyə mətbuatı Ufuk Budakın millimizin may ayında baş tutacaq Avstriya toplanışına qatılacağı barədə məlumat yayıb.
saytlarin hazirlanmasi