Futbolçularımız növbəti oyunlarına çıxdılar
Latviya birinci liqasında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" səfərdə "Smiltene" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək mübarizə apardığı halda, Orxan 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, geridə qalan turlarda 10 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi