Millimizin sabiq üzvü 90 dəqiqə oynadı, komandası məğlub oldu

16:37 - 16 May 2016

Komandası 17-ci pillədə qərarlaşıb

 

Almaniyanın Şimal-Şərq Regional Liqasında 33-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.

 

Həmyerlimizin komandası doğma meydanda "Auerbax" ilə qarşılaşıb. Rüfət Dadaşovun 90 dəqiqə meydanda olduğu matç qonaqların 3 - 2 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, "Germaniya Halberştadt" hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti