"Xəzər Lənkəran"ın sabiq baş məşqçisinin komandası finalda üzüldü

02:24 - 18 May 2016

"Dinamo" penaltilər seriyasında məğlub oldu
 
Rumıniya kubokunun finalı keçirilib.
 
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin rəhbərlik etdiyi Buxarest "Dinamo"su "ÇFR Kluj"la  üz-üzə gəlib.  Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər fərqlənə bilmədiklərindən, matçın taleyi penaltilər seriyasında həll olunub. Bu zaman "ÇFR Kluj" 5:4 hesabı ilə qalib gəlib və kuboka yiyələnib.

Xəbər xətti