Həkimi qovdular
Qış fasiləsində “Qalatasaray”dan ayrılıb Çinin "Pekin Quoan" klubuna üz tutan Türkiyə millisinin hücumçusu Burak Yılmaz qalmaqala səbəb olub.
Sportal.az xəbər verir ki, hazırda zədəli olan futbolçuya görə klub həkimini - Yin Şuanqı qovub. Səbəb kimi isə Burakın Çinə gələrkən zədəli olduğu halda həkimin bunu müəyyənləşdirə bilməməsi göstərilib. Çinlilərin yazdığına görə, Burak Yılmazın zədəsi çox ciddidir və o, Avropa çempionatını da buraxacaq.
Xatırladaq ki, Burak Yılmaz "Pekin Quoan"da cəmi 2 matç keçirib.
Əlavə edək ki, zədəsini sağaldan Burak Yılmaz bu gün məşqlərə start verib.
saytlarin hazirlanmasi