"Tvente" haqda rəsmi qərar
Hollandiya Fubol Federasiyası "Tvente” klubu ilə bağlı önəmli qərar qəbul edib.
Sportal.az xəbər verir ki, qurum Enshede təmsilçisinə yüksək liqada mübarizə aparmaq üçün lisenziya verməyib. Buna klubun maliyyə sıxıntıları yaşaması və futbolçularına olan borcu səbəb göstərilib.
Qeyd edək ki, "Tvente” uzun müddətdir ki, Hollandiyanın əsas liqasında mübarizə aparır. Komanda düşdüyü vəziyyətə görə, UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılıb. Həmçinin Hollandiya Futbol Federasiyası mövsümün ortasında komandanın aktivindən 3 xal silib.
saytlarin hazirlanmasi