Millimizin sabiq üzvü 90 dəqiqə oynadı, komandası 3 qolla sevindi

01:51 - 20 May 2016

Nurili "Kalmar"dan növbəti qələbə
 
İsveç çempionatında 10-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Emin Nurinin komandası - "Kalmar" səfərdə "Dyurqaarden" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:0.
 
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. "Kalmar" geridə qalan turlarda topladığı 12 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti